“Baş verən yanğınlar qlobal istiləşmə ilə bağlı olan hadisədir”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın baş verən ərazidə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, yay aylarında isti vaxtlarda belə hadisələrlə rastlaşmaq olar:
“Nəzərə almalıyıq ki, bu il alimlər tərəfindən ən yüksək temperatur qeydə alınıb. Mən demək istəmirəm ki, bu, qlobal istiləşmə ilə bağlı olan hadisədir. Yanğının niyə baş verməsi ekspertizadan sonra deyiləcək”.