Infoteka.az
Hərbi

Sergey Şoyqu ilə Kim Çen Inın görüşü gözlənilir

Rusiya müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 25-27-də Şimali Koreyada səfərdə olacaq.

Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinə istinadən yayıb.

Qeyd olunur ki, rusiyalı nümayəndə heyəti Koreya Müharibəsinin (1950-1953-cü illərdə Koreyanın Şimalı və Cənubu arasında gedən vətəndaş müharibəsi) 70-ci ildönümünün qeyd edildiyi mərasimdə iştirak edəcək.

Həmçinin Rusiya müdafiə naziri ilə Koreya Xalq Demokratik Respublikası lideri Kim Çen In arasında görüşün baş tutacağı bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatında isə qeyd olunur ki, S.Şoyqunun Şimali Koreyaya səfəri Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələrin möhkəmlənməsinə kömək edəcək.

Infoteka.az