Infoteka.az
Siyasət

Lavrov: Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasında hər cür kömək etməyə hazırdır

Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasında hər cür kömək etməyə hazırdır.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan XİN başçıları ilə danışıqları zamanı bildirib.

Onun sözlərinə görə, ölkəsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarına hörmətlə yanaşılmasına və həyata keçirilməsinə tərəfdardır.

Infoteka.az