Infoteka.az
Dünya

Liviyanın xarici işlər naziri Türkiyəyə səfər edəcək

Liviyanın beynəlxalq əməkdaşlıq və xarici işlər naziri Necla Manquş 26 iyul 2023-cü il tarixində Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, nazir Manquş Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşü zamanı ikitərəfli əlaqələrlə yanaşı, Liviyadakı mövcud hadisələrin və regional məsələlərin də müzakirə olunması nəzərdə tutulur.

Infoteka.az