Infoteka.az
Dünya

Moldova Rusiya səfirliyinin işçilərinin sayını azaldacaq

Moldova Rusiya səfirliyinin işçilərinin sayını ixtisar edəcək.

Bu barədə hökumətin iclasında xarici işlər nazir Niku Popesku məlumat verib.

"Uzun illər ərzində Rusiya Federasiyasının kifayət qədər düşmən xarakterli fəaliyyət növlərinin şahidi olmuşuq və onların hədəfinə çevrilmişik. Onların bəziləri Rusiyanın Kişinyovdakı səfirliyi vasitəsilə də həyata keçirilib. Bu günlərdə Rusiya səfirliyində həddindən artıq sayda antenaların olması ilə bağlı məlumatı da gördüm. Moldovanın, eləcə də digər ölkələrin diplomatik missiyaların ölkələr arasında yaxşı münasibətlərin inkişafına diqqət yetirməsi çox vacibdir. Lakin başqa bir ölkənin diplomatik mövcudluğunun böyük bir hissəsi ölkəmizdə sabitliyi pozmaq cəhdlərinə və diplomatik xidmətlərin standart fəaliyyət metodlarına aid olmayan hərəkətlərə yönəldildikdə, biz qurumlarla və siyasi qərarverənlərlə ümumi razılığa gəldik ki, Rusiya Federasiyasının Moldovada akkreditə olunmuş diplomatların sayının məhdudlaşdırılması zəruridir”, Popesku çıxışında deyib.

Infoteka.az