Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 4,8, dərinliyi isə 5 km olub.
Zəlzələ episentrdə 5, ətraf rayonlarda 3-5 bala kimi hiss olunub.