Infoteka.az
İqtisadiyyat

Altı ayda Azərbaycanın ticarət dövriyyəsi 5,3 faiz olub

“Ölkəmizin xarici ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müşahidə olunan müsbət dinamika şəraitində bu ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 26 166,5 milyon dollar olub”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, hesabat dövründə xarici ticarət balansının müsbət saldosu isə 9 769,5 milyon dollar təşkil edib.

Infoteka.az