Avropa İttifaqı səfirləri (COREPER) Belarusa qarşı sanksiyalar barədə razılığa gəlib.
Bu barədə Aİ Şurasına sədrlik edən İspaniya təmsilçiliyinin rəsmi "Twitter" hesabında bildirilib.
"Bu gün Aİ səfirləri Belarusdakı vəziyyət və Belarusun Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirakını nəzərə alaraq, məhdudlaşdırıcı tədbirlərin görülməsi barədə razılığa gəliblər. Bu siyahıya bir sıra fiziki və hüquqi şəxslərin adları daxildir", - paylaşımda qeyd olunub.