Infoteka.az
İqtisadiyyat

FED-in rəhbəri əsas uçot dərəcəsinin arta biləcəyini deyib

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) rəhbər orqanın qarşıdan gələn sentyabr iclasında ya əsas uçot dərəcəsini yenidən qaldıra, ya da dəyişməz olaraq saxlaya bilər.

Bunu mətbuat konfransında FED-in rəhbəri Cerom Pauel deyib.

“Statistika bunu əsaslandırarsa, sentyabr iclasında uçot dərəcəsini yenidən qaldıra bilərik. Bunu da deyim ki, bu toplantıda dəyişiklik etməməyi də qərara ala bilərik”, - deyə qurumun rəhbəri bildirib.

Infoteka.az