“ABC News”un məlumatına görə, ABŞ Federal Aviasiya Administrasiyası şimal-şərq ştatlarında və Atlanta, Denver və Florida hava limanlarında uçuş marşrutlarının yenidən müəyyən ediləcəyi barədə xəbərdarlıq edib.
Hava yolları əlverişsiz hava şəraiti – fırtına ilə əlaqədar olaraq 730-dan çox reysi ləğv etməyə məcbur qalıb.
Nyu-Yorkdakı “John F. Kennedy”, “Newark Liberty”, “La Guardia” hava limanları uçuşların ləğvindən ən çox təsirlənən aeroportlar olub.
27 iyul günorta və axşam “New England”dan Nyu-Yorkun yuxarı əyaləti, Nyu-York, Filadelfiya və Vaşinqtona tufan xəbərdarlığından sonra uçuşların ləğv edilməyə başlanıb.