Infoteka.az
Dünya

Finlandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğu viza xidmətlərini dayandırır

Finlandiya Sankt-Peterburqdakı Baş Konsulluqda, eyni zamanda, viza mərkəzləri vasitəsilə vizaların verilməsi üçün müraciətlərin qəbulunu avqustun 1-dən etibarən dayandıracaq.

Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Rusiyada immiqrasiya və viza məsələləri üzrə Finlandiyaya aid yeganə qurum qismində Moskvadakı səfirlik fəaliyyət göstərəcək.

Xatırladaq ki, Rusiya və Finlandiya arasında diplomatik münasibətlərin gərginləşməsinə səbəb, qarşılıqlılıq prinsipləri əsasında hər iki ölkənin diplomatik korpus nümayəndələrinin dövlətlərin ərazilərindən çıxarılması və “arzuolunmaz şəxs” elan edilməsi olub.

Infoteka.az