Infoteka.az
Siyasət

Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 31 iyul 2023-cü il tarixində Türkiyəyə rəsmi səfər edəcək.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfər zamanı dost və qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin, əməkdaşlığımızın müxtəlif aspektləri müzakirə olunacaq. Həmçinin, regional hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq", - məlumatda bildirilir.

Infoteka.az