Infoteka.az
Dünya

Putin Rusiya Hərbi Dəniz Qüvvələrinin paradını qəbul edir

Sankt-Peterburqda Rusiya Hərbi Dəniz Qüvvələri Günü şərəfinə parad keçirilir. 

Parad ənənəvi olaraq dəniz və quru komponentlərindən ibarətdir. Bu il tədbirə 45 gəmi, kater və sualtı qayıq, həmçinin 3000-ə yaxın hərbçi cəlb olunub.

Qeyd edək ki, Putin bu il parada daha əvvəl Rusiya-Afrika sammitində iştirak etmək üçün şimal paytaxtına gəlmiş Afrika ölkələrinin liderlərini dəvət edib.

Infoteka.az