Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kəndində Zəngilan könüllülərinin təqdimatı keçirilib.
“Qayıdış könüllüləri” Proqramının “Zəngilan könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb.
Qrup Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə yaradılıb.