Gürcüstan və Çin Xalq Respublikası arasında strateji tərəfdaşlıq yaradılıb.
Bu barədə Gürcüstanın hökumət administrasiyasının saytında dərc edilmiş birgə bəyanatda bildirilib. Sənəddə qeyd edilib ki, Gürcüstan və Çin arasındakı strateji tərəfdaşlıq əlaqələri üç ölçüdən – siyasi, iqtisadi və beynəlxalq istiqamətlərdən ibarətdir.
Bəyanatda ölkələrin ərazi bütövlüyü və suverenliklərinə qarşılıqlı olaraq hörmət ifadə edilib.
Qeyd olunub ki, Çin bu ilin 26-27 oktyabr tarixlərində keçiriləcək 4-cü beynəlxalq Tbilisi İpək Yolu Forumunu dəstəkləyir.
Bəyanatda Gürcüstanın Çinin təklif etdiyi Qlobal Təhlükəsizlik Təşəbbüsünü, həmçinin Qlobal Sivilizasiya Təşəbbüsünü dəstəklədiyi vurğulanıb.