Infoteka.az
Siyasət

Azərbaycan Prezidenti: “Bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb”

“Bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb”.

Bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Ukraynada münaqişənin başlamasından sonra Cənubi Qafqaz ölkələrinin Rusiya ilə münasibətlərinə dair suala cavabında deyib. 

Dövlət başçısı bildirib ki, ümumilikdə region haqqında demək çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir: “Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini sadəcə müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə, elə də ciddi dəyişiklik yoxdur. Çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır”.

Infoteka.az