Infoteka.az
Hadisə

Bakıda xarici vətəndaş əməliyyat masasında öldü

Azərbaycanda xarici vətəndaş əməliyyat masasında ölüb.

Hadisə Bakının Səbail rayonu, Parlament prospektində yerləşən Mərkəzi Klinikada qeydə alınıb.

Hindistan vətəndaşı, 1959-cu il təvəllüdlü İşvar Lal Soni əməliyyat olunarkən dünyasını dəyişib.

İşvar Lal Soni böyrəyindəki problemlərlə əlaqədar əməliyyata giribmiş.

Faktla bağlı Səbail rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Infoteka.az