Infoteka.az
Hərbi

Britaniya kəşfiyyatı: Ağac və kolların sıxlaşması Ukrayna ordusunun hücumlarını ləngidir

Ağac və kolların sıxlaşması Ukrayna ordusunun ölkənin cənubundakı hücumlarını ləngidir.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin bu gün “Twitter“də dərc olunmuş kəşfiyyat icmalında deyilir.

Britaniya kəşfiyyatı qeyd edib ki, müharibə zonasında əkinə yararlı torpaqlar 18 aydır istifadəsiz qalıb, isti və rütubətli hava alaq otları və kolların aktiv şəkildə yayılmasına səbəb olur.

Həmçinin əlavə olunub ki, kolların və meşə massivlərinin sıxlaşması Rusiya ordusu üçün müdafiə mövqelərini kamuflyaj etməyə kömək edir və Ukraynanın əraziləri minalardan təmizləməsini çətinləşdirir.

Infoteka.az