Türkiyədə illik inflyasiya ardıcıl son doqquz ayda ilk dəfə artmağa başlayıb.
İyul ayında inflyasiya 47,83%-ə kimi artıb. Ötən ay bu rəqəm 38,21% təşkil etmişdi.
Qeyd edək ki, iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 9,49%, 2023-cü ilin əvvəli ilə müqayisədə isə 31,14% artıb.