Infoteka.az
İqtisadiyyat

Avropada təbii qaz 6% bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 327 ABŞ dollarına çatıb.

26 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 326,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (308,5 dollar) ilə müqayisədə 6% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Infoteka.az