Ötən il gəlini Yasemin Şefkatlıya qızıl kəmər bağlayan müğənni İbrahim Tatlısəs dünən axşam Levent Dörterlə nikah masasına əyləşən qızı Dilan Çıtak Tatlısəsə də qızıl kəmər hədiyyə edib.
İnfoteka.az azxəbər-ə istinadən xəbər verir ki, Tatlısəsin qızına taxdığı kəmərin 450 min TL (41 min manat) dəyərində olduğu iddia edilib.
Qeyd edək ki, İbrahim Tatlısəsin qızı Dilan Çıtak Tatlısəs dünən gecə 8 ildir sevgili olduğu Levent Dörterlə nikah masasına əyləşib.