Tailandın qərbindəki Kançanaburi əyalətində qatarla avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bu barədə “The Bangkok Post” məlumat yayıb.
Polisin məlumatına görə, yük yerində insanların olduğu “İsuzu” markalı yük maşınının sürücüsü sərnişinlərdən birinin təzyiqi ilə qatar gəlməzdən əvvəl dəmir yolu relslərini keçməyə çalışıb. Bu zaman sürücü maşinistin xəbərdarlıq siqnalına məhəl qoymayıb.