Estoniyanın dəniz limanlarına Rusiyada qeydiyyatdan keçən gəmilərin girişi qadağan edilib.
İnfoteka.az xəbər verir ki, məlumatı Estoniyanın “rus.err.ee” saytı yayıb.
Bildirilib ki, Rusiyanın Ukraynada apardığı müharibənin 8-ci ayında Estoniyanın nəqliyyat departamenti belə bir qərar qəbul edib.
Departamentin məlumatında vurğulanıb ki, bu, Avropa İttifaqı Şurasının oktyabrın 7-də Rusiyanın Ukrayna ərazisinə təcavüz etməsi ilə əlaqədar qəbul etdiyi qərara tam uyğun gəlir.