“Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2015-ci ildən etibarən yüksək bal toplayıb müəllimlik ixtisasını seçən abituriyentlərə 100 manat əlavə təqaüd verilir. Lakin bu vəsaitin tələbələrə hansı şərtlər əsasında verildiyi, gələcəkdə müəllimlik peşəsinə yiyələnən şəxslərin müəllim işləmək kimi bir məcburiyyətinin olub-olmadığı bəlli deyil. Bəziləri həmin məbləğin abituriyentləri müəllimliyə həvəsləndirmək məqsədi daşıdığını bildirir”.
Elm və Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 100 manat təqaüd ancaq ixtisas seçimində birinci yerdə müəllimliyi yazan və 500-dən aşağı bal toplamayan tələbələrə şamil olunur:
“Hər il 300 tələbə müəyyənləşdirilir və təhsilin normativ müddəti bitənədək onlara bu təqaüd verilir. Həvəsləndirici xarakter daşıyır. Tələb də sadəcə odur ki, müəllimliyi birinci yazan olsun və 500-dən aşağı bal toplamasın”.