Həftənin sonunadək Abşeron yarımadasının isti hava dalğasının təsiri altında olacağı, havanın temperaturunun 37-40 dərəcəyə çatacağı, zəif küləklərin əsəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, yüksək temperatur, durğun və rütubətli hava şəraitində bəzi saatlarda bürkü yarana bilər.
Şəhər mühitində gecə saatlarında da havanın temperaturu normadan yüksək olur.
“Bu cür hava şəraiti əksər əhali üçün əlverişsizdir. Belə günlərdə tez-tez maye qəbul etmək, günəş altında olarkən baş örtüklərindən və ya çətirlərdən istifadə etmək, açıq havada uzun müddət qalmamaq tövsiyə edilir. Özünüzü günvurma və istivurmadan qoruyun”, - o deyib.
Qeyd edək ki, havanın temperaturu iqlim normasından 4,6 dərəcə yüksəkdir.