“Rusiya qiymət məhdudiyyəti tətbiq edən ölkələri enerji resursları ilə təmin etməyəcək”.
İnfoteka.az-ın report-a istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən “Rusiya enerji həftəsi” forumunda deyib.
“Rusiya sağlam düşüncəyə zidd hərəkət etməyəcək, başqasının rifahını öz hesabına təmin etməyəcək. Biz enerji resurslarının qiymətlərini məhdudlaşdıran ölkələrə tədarük həyata keçirməyəcəyik”, - o vurğulayıb.
V.Putin bildirib ki, neftin qiymətinə yuxarı həddin tətbiqi digər sənaye sahələrindəki məhsulların qiymətinə məhdudiyyətlərin qoyulması üçün katalizator ola bilər.
Onun sözlərinə görə, 2022-ci ildə təbii qazın spot qiymət mexanizmi Avrozona üçün ÜDM-nin, təxminən, 2 %-i qədər, yəni 300 milyard ABŞ dollarından çox itkiyə səbəb olacaq.