Infoteka.az
Siyasət

Özbəkistan Prezidentinin bu ay Azərbaycana səfəri gözlənilir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri gözlənilir.

Bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Azərbaycan - Özbəkistan: Əməkdaşlığın yeni üfüqləri" adlı dəyirmi masada Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini, keçmiş səfir Şerzod Feyziyev deyib.

Özbəkistan liderinin səfəri avqustda baş tutacaq.

O qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında hər bir sahədə sıx əməkdaşlıq daha da güclənir, sürətlənir.

Infoteka.az