Xəzər dənizinin Bakı şəhəri və Astara rayonu akvatoriyasında, Kür çayında və Aşıqbayramlı su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə report--a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
O bildirib ki, araşdırma zamanı brakonyerlərin Salyan rayon sakini Azər Məmmədov, Astara şəhər sakini Rəfail Ağayev, Neftçala rayon sakini Aləddin Vəliyev və İsmayıllı şəhər sakini Rahim Rəhimli olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
B.Məhəmmədov onu da qeyd edib ki, eyni zamanda, Şabran rayonu Kyünçal kəndi ərazisində ov qaydalarını pozduğuna görə rayon sakini Elgün Salamov saxlanılıb: “Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.