Infoteka.az
Dünya

İranda zavodda partlayış olub, 8 nəfər xəsarət alıb

İranın şimalındakı Şimali Xorasan əyalətində poladəritmə zavodunda partlayış baş verib.

Bu barədə ISNA məlumat yayıb.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Sənaye kompleksinin baş direktorunun sözlərinə görə, altı nəfərin xəsarəti yüngül qiymətləndirilir, onların ambulator müalicələri aparılır.

Daha iki nəfər xəstəxanaya yerləşdirilib, zərərçəkənlərdən biri ağır yaralanıb.

Infoteka.az