Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.
Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.
Belə ki, Xankəndi-Gorus istiqamətində ümumilikdə BQXK-ya məxsus 9 nəqliyyat vasitəsi, 30 nəfər şəxsin (onlardan 3 nəfəri BQXK-nin üzvü, 9 sürücü, 10 xəstə, 7 müşayiətçi, 1 tibb işçisi) Laçın DSBM-dən keçidi təmin olunub.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.