Infoteka.az
Hadisə

Krım körpüsü vurulub, Rusiya XİN münasibət bildirib

Krım körpüsündə növbəti dəfə partlayış törətmək cəhdi olub. 

Bu gün körpüdə bir neçə dəfə partlayış olub.

Rusiya Müdafiə Nazirliyindən Krım körpüsünə zərbə endirməyə çalışan Ukrayna raketlərinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən havada vurulduğu açıqlanıb. 

Hücum nəticəsində tələfat olmadığı, Krım körpüsünün zədələnmədiyin bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Krım körpüsünə və yarımadaya hücum cəhdlərinə münasibət bildirərək deyib ki, bu cür hərəkətlərə haqq qazandırmaq olmaz və onlar cavabsız qalmayacaq: ”Biz bu terror aktlarını qətiyyətlə pisləyirik".

Infoteka.az