Infoteka.az
Dünya

Elvis Preslinin xüsusi gödəkçəsi satıldı

  1977-ci ildə vəfat edən amerikalı rok-n-roll əfsanəsi Elvis Preslinin dizaynlı gödəkçəsi 128 min funt sterlinqə satılıb.

  Elvisin həyatının son ilində geyindiyi dəri xüsusi pencəyi İngiltərədə keçirilən hərracda satışa çıxarılmışdı.

  Gödəkçə amerikalı kolleksiyaçı tərəfindən 128 min sterlinqə (4 milyon 395 min 390 lirə) alınıb.

  Məşhur müğənni 120 santimetr uzunluğundakı dəri gödəkçəni ölməzdən əvvəl nişanlısının qardaşına hədiyyə etmişdi.

  Elvis Preslinin bayquş şəkilli qızıl üzüyü isə 14 min funta satılıb.

Infoteka.az