"Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılır.
İnfoteka.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar sabahdan başlayaraq oktyabrın 16-na qədər “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.