Infoteka.az
Hadisə

"Nikosayağı"nın son durumu açıqlandı

Avqustun 15-də saat 01:08-də TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub. 

TƏBİB-dən verilən məlumata görə, Hadisə nəticəsində xəsarət alan 29 yaşlı  Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə, 23 yaşlı Fəxri Rüstəmov sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar. 

Kliniki Tibbi Mərkəzdə müalicəsi aparılan Nicat Şakirlinin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. Hazırda həkim nəzarəti altındadır.

Infoteka.az