Infoteka.az
Siyasət

Lavrov: Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı “qeydlər” var

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün artıq çox işlər görülüb.

İnfoteka.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla Astanada MDB XİN başçıları Şurasının iclası çərçivəsində görüşündə bildirib.

Onun sözlərinə görə, normallaşma üçün, o cümlədən nəqliyyat əlaqələrinin açılması məsələlərində artıq çox işlər görülüb. Lavrov deyib ki, sərhədlərin delimitasiyası ilə bağlı “qeydlər” var.

“Biz əlbəttə ki, bu gün Azərbaycanla danışıqlarınızda işlərin necə getdiyini müzakirə etmək istəyirik. Bilirəm ki, bu yaxınlarda Avropada təmaslar olub, media müxtəlif şayiələr və fərziyyələrlə doludur. Əlbəttə ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatı mümkün qədər tez yerinə yetirmək üçün bu gün başqa nə etmək olar, onları nəzərdən keçirmək vacib olardı”, - Lavrov vurğulayıb.

O qeyd edib ki, Rusiya Federasiyasının yaxın qonşuları və dostları arasında münasibətlərin tam şəkildə normallaşması ölkənin maraqlarına tam cavab verir: “Biz bu prosesə öz töhfəmizi verməyə hazırıq”.

Infoteka.az