Ukrayna baş nazirinin müavini İrina Vereşçuk həmvətənlərini uzun sürən münaqişəyə köklənməyə çağırıb.
O, bu barədə öz Telegram kanalında paylaşım edib.
“Müharibə nə qədər davam edəcək? Dürüst olaq. "2-3 həftə", "ilin sonuna qədər", "gələn yaz" - bütün bunlar doğru deyil ... Vətəndaşlar və hakimiyyət orqanları - hər kəs uzun və çətin müharibəyə köklənməlidir" - deyə Vereşçuk yazıb.