Infoteka.az
Sosial

Prezident yol tikintisi üçün 4,9 milyon manat ayırdı

Qaxda yol tikintisi üçün dörd milyon doqquz yüz min manat vəsait ayrılıb.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncamla iki min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Qax-Qaşqaçay-Armudlu (11 km)-Aşağı Malax-Qaşqaçay-Armudlu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.7-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon (dörd milyon doqquz yüz min) manat ayrılıb.

Maliyyələşmə Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

Infoteka.az