Infoteka.az
Dünya

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldovanın Moskvadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN mətbuat xidməti bildirib.

Rusiyanın Moldovadakı xarici nümayəndəliklərinin əməkdaşlarını xeyli sayda azaltmaq barədə rəsmi Kişinyovun qərarı əsassız adlandırılıb və bununla əlaqədar səfirə etiraz bildirilib.

Nazirliyin sözlərinə görə, Moldova tərəfinin bu qeyri-dost addımı onsuz da dərin böhran vəziyyətində olan Rusiya-Moldova münasibətlərinin daha da pozulmasına gətirib çıxarır.

Həmçinin o da əlavə olunub ki, Moskva cavab tədbiri olaraq bir neçə Moldova rəsmisinin Rusiyaya girişini qadağan edib və bu barədə moldovalı diplomata bildirilib.

Infoteka.az