Ukraynada prezident seçkiləri keçirilərsə, o zaman hazırkı dövlət başçısı Vladimir Zelenski yox, hərbçilərdən biri qalib gələcək.
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Sizə deyim: yaxın gələcəkdə seçkilər keçirilsə, hərbçilərdən biri qalib gələcək. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və ya başqası prezident olacaq”, - deyə Aleksandr Lukaşenko ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində deyib.
Lukaşenka bildirib ki, Ukraynada insanlar ölür.
"Ukrayna demək olar ki, hər şeyi itirir. Ukraynaya bu lazım deyil", -deyə Belarus lideri bildirib.