Infoteka.az
Dünya

Bayden Kişida ilə Çin və Rusiyaya qarşı sanksiyaları müzakirə edib

Yaponiyanın Baş naziri Fumio Kişida və ABŞ Prezidenti Co Bayden ikitərəfli görüşdə Ukrayna ətrafındakı vəziyyəti, Rusiyaya qarşı sanksiyaları və Çinlə bağlı məsələləri müzakirə ediblər.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hər iki lider “G7” və digər müttəfiq ölkələrlə sıx əməkdaşlıqda Rusiyaya qarşı sərt sanksiyaları və Ukraynaya güclü dəstəyi göstərməyə razılaşıblar.

Infoteka.az