Infoteka.az
Mədəniyyət

Robbi Uliyams Bodrumda konsert verdi

Məşhur britaniyalı müğənni və şair Robbi Uliyams (Robbie Williams) avqustun 17-də Türkiyənin Muğla şəhərinin Bodrum qəsəbəsində musiqisevərlərlə bir araya gəldi.

Bütün zamanların ən məşhur qruplarından olan "TakeThat"dan ayrılaraq solo karyerasına davam edən Türkiyədə də çox məşhur olan Uliyams Lujo Hotel Bodrumda səhnəyə çıxdı.

Robbi Uliyams təxminən bir saat yarım davam edən konsertdə mahnılar arasında tamaşaçılarla söhbət edib.

“Türkiyedə ilk konsertimdir” deyən Uilyams hələ 16 yaşında ikən 1990-cı illərdə musiqiyə başladığı “Take That” qrupunun dövründən videolar nümayiş etdirib və zarafat edərək tamaşaçıları güldürüb.

Konsertdə "Strong", "Come Undone", "Don't Look Back in Anger", "Feel", "Kids" və "Rock DJ" mahnılarını ifa edən Uliyams həyatının ən xoşbəxt dönəmində olduğunu açıqlayıb.

Uliyams "Gənc olanda mənim iki qaydam var idi. Heç vaxt evlənməmək və uşaq sahibi olmamaq. İndi həyat yoldaşım Ayda və dörd uşağımla heç vaxt olmadığım qədər xoşbəxtəm" deyib.

İlk fasilədən sonra “No Regrets”, “She's the One” mahnıları ilə konsertinə davam edən sənətçi “Angels" adlı vida mahnısını Türk köklərindən qürur duyan həyat yoldaşı Ayda və onun 9 il əvvəl 19 avqustda itirdiyi atasına həsr edərək, "Fərq etdim ki, yoldaşımın ən sevdiyim xüsusiyyətləri Türk olmasından qaynaqlanır. Ona görə də türkləri çox sevirəm" deyib.

Mahnı oxuyarkən həyat yoldaşına telefonla zəng edən Robbi mahnını canlı olaraq dinlədib.

Infoteka.az