Infoteka.az
Mədəniyyət

Türkiyənin meqastarı Tarkan Bakıda canlı solo konsert proqramı ilə çıxış edəcək

Xəbər verdiyimiz kimi, Türkiyənin meqastarı Tarkan Tevetoğlu Bakıda canlı solo konsert proqramı ilə çıxış edəcək.  

Ölkəmizdə bilet satışı ilə məşğul olan "İticket.az" platforması sosial şəbəkə hesabında sənətçinin verəcəyi musiqi gecəsinin tarixini açıqlayıb.  

Tarkan noyabrın 25-də "Kristal Hall"da sevənlərinin görüşünə gələcək. Sabah, yəni avqustun 5-i saat 15:00-dan etibarən müğənnin konsertinin bilet satışına start veriləcək.

Biletlərin qiyməti isə 50-300 manat arasında dəyişir.  

Infoteka.az