Infoteka.az
İqtisadiyyat

Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 74% artıb

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 467 milyon 63 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74.1% çoxdur.

Hesabat dövründə Azərbaycandan Rumıniyaya ixracın həcmi 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 88.3% artaraq 430 milyon 471 min dollara bərabər olub. Eyni dövrdə Rumıniyadan Azərbaycana ixracın həcmi isə 7.7% azalaraq 36 milyon 592 min dollar təşkil edib.

Qeyd edək ki, cari ilin ilk 7 ayı ərzində Azərbaycandan Rumıniyaya 23 milyon 317 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Infoteka.az