Infoteka.az
Dünya

Moskvanın Vnukovo aeroportunda uçuşlara qadağa qoyulub

Moskvanın Vnukovo hava limanında uçuşlara bir müddətlik qadağa qoyulub.

Bəzi reyslər başqa aeroportlara yönləndirilib.

Qadağanın hava limanından aslı olmayan səbəblərə görə tətbiq olunduğu deyilir.

"Aeroportdan asılı olmayan səbəblərə görə Vnukovoda təyyarələrin qəbuluna və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub. Təhlükəsizlik məqsədilə saat 06:25-dən etibarən uçuşların bir hissəsi digər hava limanlarına yönləndirilib", - deyə hava limanından bildirilib.

Infoteka.az