Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, Ukrayna Rusiyanın təcavüzünə qarşı çıxmasa, Rusiyanın bütün qonşuları təhlükə altında qalacaq.
Bu barədə Prezident Zelenski Danimarka Parlamentində çıxışında deyib.
O bildirib ki, Ukrayna şəhərləri, kəndləri Rusiyanın hücumlarına, zərbələrinə məruz qalır. "Onlar açıq şəkildə deyirlər ki, Ukrayna kifayət deyil, bizim ölkəmizdən sonra onlar bu ağrı-acıları Avropaya və dünyaya yayacaqlar. Mən əminəm ki, siz bu təhdidləri Moskvadan eşidirsiniz. Ukrayna qalib gəlməsə Rusiyanın bütün qonşuları təhlükə altındadır. Demokratiyalar Rusiyanın hədəfi olacaq, bu ölkələr ya raket hücumları, ya da muzdlu əsgərlərlə təhdid olunacaq, bu ölkələrdə qeyri-stabillik yaradılacaq.
Lakin mən bir daha vurğulayıram ki, Ukrayna qalib gələcək və istəyirəm ki, siz bunu görəsiniz, eşidəsiniz və hiss edəsiniz", - Zelenski vurğulayıb.