Çilili hücumçu Aleksis Sançes karyerasını yenidən “İnter”də davam etdirəcək.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb. O bildirib ki, tərəflər qısamüddətli müqavilə imzalayacaqlar.
Son olaraq Fransada “Marsel”in formasını geyinmiş 34 yaşlı forvard azad agent kimi İtaliya A Seriyası klubuna qayıdıb. O, “nerazzuri”də “Marsel”ə yollanan Xoakin Korreanı əvəzləyəcək.
A.Sançes daha əvvəl 2019-2022-ci illərdə “İnter”də oynayıb.