Qarabağda Rusiya sülhməramlı kontingentinin müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması davam edir.
Görüntülərdən aydın olur ki, 25 avqust 2023-cü il tarixində Xankəndi-Kərkicahan-Xəlfəli yolu ilə Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır.
Üzərində Rusiya bayrağı olan zirehli texnika yanacaqdaşıyan və hərbi yük avtomobillərini müşayiət edir.
Qeyd edək ki, bundan əvvəl də Rusiya sülhməramlılarının ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınmasını müşayiət etməsini əks etdirən çoxsaylı görüntü yayılıb.