Infoteka.az
Dünya

Bostonda paradda silahlı insident yaşanıb, yaralılar var

ABŞ-nin Boston şəhərində Karib mədəniyyətinə həsr edilən parad zamanı baş verən atışma nəticəsində azı yeddi nəfər yaralanıb.

Bu barədə Boston polisi məlumat yayıb.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdiriliblər.

Polis bir neçə nəfəri saxlayıb, onlarda olan silahlar müsadirə edilib.

İnsidentin digər təfərrüatları məluma deyil.

Infoteka.az