Infoteka.az
Siyasət

Kanadanın baş naziri: "Biz Rusiyanın müharibədə qalib gəlməsinə imkan verməyəcəyik"

G7 və NATO ölkələri Rusiyanın Ukraynada başlatdığı müharibədə məğlub olması üçün hər şeyi etməlidir.

Bunu Kanadanın baş naziri Castin Trüdo “Bloomberg“ agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, G7 və Şimali Atlantika Alyansının liderləri müharibənin uzanacağını bilirdilər.

“Əlbəttə, G7 və NATO-da apardığımız danışıqlara görə, müharibənin uzanacağına əmin idik. Biz Rusiyanın qalib gəlməsinə imkan verə bilmərik və etməməliyik”, - deyə Trüdo bildirib.

Infoteka.az