Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Monitorinq Mərkəzi Əfqanıstanda 5,4 bal gücündə zəlzələ qeydə alıb.
Bu barədə Özbəkistan FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
“Avqustun 28-də yerli vaxtla saat 09:35-də (Bakı vaxtı ilə 08:35 – red.) Əfqanıstanda zəlzələ baş verib, təkanlar Özbəkistanda da hiss olunub. Zəlzələnin maqnitudası 5,4, episentri Daşkənddən 539 km məsafədə, ocağın dərinliyi isə 200 km olub.
Mətbuat Xidmətinin məlumatına görə, yeraltı təkanlar Daşkənddə iki, Surxandərya vilayətində üç, Səmərqənd, Fərqanə və Qaşqadərya vilayətlərində iki-üç bal gücündə hiss olunub. İtki və dağıntılar barədə məlumat yoxdur.